Ana səhifə / Şou Biznes / Nüşabə Ələsgərli dosent oldu

Nüşabə Ələsgərli dosent oldu

Əməkdar artist Nüşabə Ələsgərliyə dosent elmi adı verilib.

Bu haqda müğənni Axşam.az-a açıqlamasında deyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Esdrada sənəti” kafedrasında dərs deyən ifaçı dosent olub.

“Universitetdə Elmi Şura bunu təsdiqlədi və dosent oldum” deyə, Nüşabə Ələsgərli bildirib. 

Qeyd edək ki, Nüşabə Ələsgərli 2018-ci ildə “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” adlı elmi işini müdafiə edib və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir.

Həmçinin oxuyun

Evliliklərinin 35-ci ilini qeyd etdilər – VİDEO

Bu gün Xalq artisti Brilliant Dadaşova ilə həyat yoldaşı Ədalət Hacıyevin evlilik ildönümüdür. Axşam.az xəbər …