Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nuri Paşa ilə bağlı anım mərasimi keçiriləcək

Nuri Paşa ilə bağlı anım mərasimi keçiriləcək

Bu il sentyabrın 28-də İstanbulda Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa ilə bağlı anım mərasimi keçiriləcək.

Bunu APA-nın Türkiyə bürosuna Nuri Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan deyib.

O, Nuri Paşa ilə bağlı 17 il araşdırma aparıb, “Nuri Killigil” kitabını yazmış Atilla Orala təşəkkür edib: “Həmçinin, Nuri Paşa ilə bağlı Atilla Oralın tədqiqatlarını Türkiyədən əvvəl Azərbaycanda işıqlandıran APA-ya minnətdarlıq borcum var. Eyni zamanda Atilla Oralı Bakıya dəvət edib Azərbaycana tanıdan, “Nuri Killigil” kitabının imza mərasimini təşkil edən millət vəkili Qənirə Paşayevaya da təşəkkür edirəm”.
O xatırladıb ki, Nuri Paşanın məzarının bərpasına İstanbul Bələdiyyəsinin muzey və kitabxanalar müdiri Ramazan Minder dəstək verib.

Paşanın qardaşı nəvəsi Nuri Paşanın xatirəsinə sayğı göstərənləri anım mərasimində gözlədiyini də dilə gətirib.

Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa 2 mart 1949-cu ildə İstanbulun Sütlücə səmtində özünün silah zavodunda baş vermiş partlayış nəticəsində həlak olub. Nuri Paşanın meyitinin bir parçası 20 gündən sonra zavodun qabağındakı körfəzdən tapılaraq cənazə namazı qılınmadan dəfn edilib. Sentyabrın 28-də Ədirnəqapı şəhidliyindəki mərasimdən sonra Nuri Paşanın cənazə namazı qılınacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın