Çərşənbə axşamı , Avqust 4 2020
Ana səhifə / Şou Biznes / Nura Suri tikinti şirkətində işə düzəldi: “Balamı böyütməliyəm…”

Nura Suri tikinti şirkətində işə düzəldi: “Balamı böyütməliyəm…”

“Son iki aydır ki, özümə başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və DCS MMC tikinti şirkətində rəsmi işə başladım”.

Bu barədə tanınmış müğənni Nura Suri bildirib.

O müğənniliklə yanaşı, başqa bir işin olmasının da vacibliyini vurğulayıb:

“Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də baş verən hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim. Hörmətli jurnalistlər. Hər zaman mənə dəstək olduğunuz üçün hamınıza minnətdaram”.

“Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər”, – deyə, Nura qeyd edib.

Həmçinin oxuyun

“Atasız böyüdüyüm üçün ata muğamı mənə çatmır” – Fədayə Laçın

“Heç vaxt ata haqqında mahnı oxumuram, ürəyimdən gəlmir”. Bu sözləri müğənni Fədayə Laçın deyib. Sosial …