Ana səhifə / Şou Biznes / Nura Suri Elman Nəsirova cavab verdi: “Çoxu qadınlara 2-ci sort kimi baxır…”

Nura Suri Elman Nəsirova cavab verdi: “Çoxu qadınlara 2-ci sort kimi baxır…”

Tanınmış müğənni Nura Suri Milli Məclisin deputatı Elman Nəsirovun onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Nura Suri deputat Elman Nəsirovu tanımadığını bildirib:

“Elman Nəsirovu tanımıram. Bir də ki, yumor hissi olmayan və sarkazm anlamayanları heç sevmirəm. Çoxu qadınlara 2-ci sort kimi baxır, kişilərə hər şey olar, amma qadınlar gərək heç bəyəndiklərini də dilə gətirməyə. Arada bu millət vəkilləri Milli Məclisdə də xalqın sözün desin, onları tanıyaq “.

Xatırladaq ki, Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında müğənni Nura Surinin Türkiyədə prezidentliyə namizəd Sinan Oğana evlilik təklif etməsini bəyənmədiyini deyib:

“Bu xəbəri ilk dəfə sizdən eşitdim. Əvvəla, mən bilən Sinan Oğan evlidir, subay şəxs deyil. Hətta, seçki günü də öz xanımı ilə gəlmişdi və seçki prosesində iştirak edirdi.

Digər tərəfdən xoşuma gəlməyən cəhət odur ki, adətən biz görmüşük ki, kişi qadına evlilik təklifi edər. Bu baxımdan da Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim. Açığı Azərbaycanlı xanımı bu statusda görmək mənim heç xoşuma gəlmir”./Demokrat.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …