Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Şou Biznes / Nura: Kasıblar neyləsin, yaşamasın bu şəhərdə?

Nura: Kasıblar neyləsin, yaşamasın bu şəhərdə?

“Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq”.

Bunu sosial şəbəkə hesabında müğənni Nura Suri də yazıb.

O, dənizkənarı bulvarda qarşılaşdığı hadisədən danışıb:

“Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər. Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu çimərliklərdir, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. 

İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə?

Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs – öz həyətində də (anında “parkovşik” adıyla gəlib 2 manatınızı alırlar). İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə”.

Həmçinin oxuyun

“Nisə Qasımova nankor insandır, ona haqqımı halal etmirəm”

“Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Onlar bəstəkar Ələkbər Tağıyevin evində görüşmüşdülər. Mən fortepianoda …