Ana səhifə / Şou Biznes / Novruz Bayramı bu il geniş tədbirlərlə qeyd olunacaq – NAZİRLİK

Novruz Bayramı bu il geniş tədbirlərlə qeyd olunacaq – NAZİRLİK

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıqla bağlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət və turizm idarələrinin rəisləri, teatr-konsert müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında bildirib ki, Novruz bayramı bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq. Onun sözlərinə görə, bayramın böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı tərtib olunub, əlaqədar təşkilatlara və şəxslərə müvafiq tapşırıqlar verilib: “Ümumxalq şənliyi martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Bununla bağlı təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.

Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri görülür”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın