Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / “Nizaminin izi olduğu daş parçası da….” – Şairdən universitetə ETİRAZ

“Nizaminin izi olduğu daş parçası da….” – Şairdən universitetə ETİRAZ

“Universitetin açıqlamasını oxudum, deyirlər ki, klassiklərin şəkillərinin universitet binasının üstündə olmasının heç bir tarixi əsası yoxdur. Görəsən, hansı səbəbdən o divarda tarixi əsas axtarırlar? Nizaminin, Nəsiminin, Axundovun izi olan adi daş parçası da bu millət üçün tarixi əsasdır, zatən bizim bu kişilərdən başqa dünyaya göstəriləsi bir tarixi əsasımız yox”.

Bunu Moderator.az saytına açıqlamasında şair Aqşin Yenisey Bakı Slavyan Universitetinin divarlarındankı tarixi mozaikaların sökülməsinə münasibət bildirərkən qeyd edib. Xatırladaq ki, universitetin yeni rektoru Nurlana Əliyeva BSU-nun giriş hissəsinin fasadında olan mozaikanın sökülməsiylə bağlı göstəriş verib ki, bu da tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb. Universitetdən verilən açıqlamaya görə isə, 46 illik mozaikalar qopub yerə düşməsi və bununla da insanlar üçün təhlükə yaratması səbəbindən sökülür. Həmçinin universitet rəhbərliyi həmin mozaikaların tarixi əhəmiyyət daşımadığını əsaslandırır.
 Şair Aqşin Yeniseyin fikrincə, boz divarlardansa, Nizaminin şəklinin olması şəhəri xarici qonaqlara daha yaxşı təqdim edə bilər: 
“Mən bu universitetdə 150 cildlik Dünya Ədəbiyyatı layihəsində 4 il redaktor işləmişəm, o vaxt universitetə fransız qonaqlar gəlmişdi, o divardakı şəkilləri təsadüfən görüb soruşdular ki, bunlar kimdir? Bir xeyli klassiklərimizdən danışdıq onlara, maraqlandılar, suallar verdilər. Bundan böyük tarixi əsas? İkincisi də, şəhərin görünüşü etibarilə boz divarlardansa, Nizami Gəncəvinin şəkli Bakını daha mədəni, tarixi bir şəhərə çevirməzmi?”

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın