Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / “Niyə biz özümüzə ayaqqabı, paltar tikmirik?” – DEPUTAT

“Niyə biz özümüzə ayaqqabı, paltar tikmirik?” – DEPUTAT

Azinforum.az Modern.az saytına istinadəb Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycanın Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyevlə müsahibəni təqim edir.

– Eldar müəllim, hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün şərait necədir?

– Kənd təsərrüfatında rəqabətə nə qədər müstəqillik versən, bir o qədər inkişaf olacaq. Bazarda qiyməti ucuz, keyfiyyəti yüksək, tələbatı ödəyən məhsulların olması vacib məsələlərdir. Söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, dadı, keyfiyyəti, saxlama müddəti bilinməlidir. Ona görə bu məsələlərdə rəqabətə nə qədər geniş meydan verilsə, keyfiyyət, kəmiyyət də o qədər yaxşı olar. Biz bu məsələlərdə İran, Türkiyə kimi böyük dövlətlərlə müqayisələr apara bilərik.
Bir neçə gün öncə Azərbaycan Prezidentinin İrana rəsmi səfəri oldu. Bu səfərdə bir neçə müqavilə imzalandı. Prezident İlham Əliyev orada da qeyd etdi ki, regionda bizim ən yaxın münasibətdə olduğumuz ölkələr Türkiyə və İrandır.  Adət-ənələrimiz bir olmaqla bərabər, kənd təsərrüfatı məhsullarımız da eynidir. Amma qeyd edim ki, bizim məhsulların keyfiyyəti digər iki dövlətin məhsullarına nəzərən daha üstündür. Biz həmişə geni dəyişmiş məhsulların əleyhinə olmuşuq. İran məhsulları arasında geni dəyişmiş mallar daha çoxdur. Bunu həm İran, həm də Türkiyə vətəndaşları özləri vurğulayır ki, bizim kənd təsərrüfatı məhsulları onların 40-50 il əvvəl becərdikləri məhsulların dadını verir. Bu, o deməkdir ki, bizdə istehsal olunan kənd təsərrüfatı məhsulları daha keyfiyyətli, daha ekoloji təmizdir.

İnanın, Avropa ölkələrinin təmsilçilərinin adından da deyə bilərəm ki, bir neçə dəfə Fransadan ayrı-ayrı şirkətlərin nümayəndələri gəlib, bizim pomidorları yeyəndə, deyirlər ki, “xahiş edirik, bunun toxumundan verin, biz də bundan əkək”.
Elə vaxt olub ki, Azərbaycandan Fransaya əkmək üçün  pomidor şitili vermişik. Özləri üçün əkməyə aparıblar. Deməli bizə etimad var.

– Devalvasiyadan sonra insanların aqrar sahənin inkişafı ilə bağlı gözləntiləri var. Dövlət səviyəsində bu məsələyə xüsusi diqqət yetirilir. Sizcə, bu istiqamətdə nə əldə edə bilərik?

– Keçən il cənab Prezident tərəfindən  Azərbaycanda  “Kənd təsərrüfatı ili” elan edilmişdi. Müəyyən sahələrdə imtiyazlar verilməklə bərabər, xeyli irəliləyişlər də oldu. Tezliklə ötən ilə dair büdcənin yekun hesabatı olacaq. Orada da görəcəksiniz ki, kənd təsərrüfatında müəyyən qədər irəliləyişlər var. Cənab Prezident bir neçə dəfə qeyd edib ki, nəinki 2015-ci il, hər il “kənd təsərrüfatı ili” olmalıdır. Biz kənd təsərrüfatını yaddan çıxarmamalılıyq. Çünki bu gün ən kreativ sahə aqrar sahədir. Burada söhbət təkcə əkin-biçindən getmir. Emal müəssisələri açılmalıdır ki, kənd təsərrüfatı məhsulları emal olunmuş şəkildə dünya bazarlarına çıxarılsın. Mən əminəm ki, buna nail olacağıq. Bəzən fikirləşirik ki, bir günün içində hər şey qazanaq. Ancaq elə deyil. Kənd təsərrüfatı elə bir sahədir ki, gəlir az, ancaq davamlı olur. İş yerləri də var, dolanışıq da olur. Bu iş mövsümi işdir. Elə ola bilər ki, yay aylarında 12-14 saat işləsinlər. Ancaq qış aylarında onların dincəlmək vaxtı daha çoxdur. Digər tərəfdən, öz məhsullarını başqa yerlərdə sata bilirlər.
Keçən ildən başlayaraq şəhərdən kəndə qayıtmalar var. Bunun özü aqrar sahənin inkişafına böyük təkan verəcək.

– Bəs bu qayıdışlar kəndin inkişafına necə təsir edəcək?

– Əlbəttə müsbət təsir edəcək. Bu sahənin inkişafı üçün nə lazımdır? Torpaq, su, dövlət tərəfindən dəstək və qayğı. Bunlar hamısı var. Cənab Prezident pambıqçılıqğa bağlı bir neçə neçə dəfə çıxış edib. Pambıqçılıq kənd təsərrüfatının ən aparıcı sahələrindın biridir. Pambıq Azərbaycanda emal olunmalıdır. Təkcə yüngül sənayedən danışmırıq. Bizdə səhiyyəyə də, Müdafiə Nazirliyinə də pambıq lazımdır. Bizə pambığın çiyidi də lazımdı. Hətta onun kollarından mebel sənayesində də istifadə edirlər.

Biz zəfəranı unutmuşuq. Bu, qızıldan, platindən bahalı məhsuldur. Daxildən də, xaricdən də alıcısı var. Təbabətdə və məişətdə geniş istifadə olunur.

Resursu olan ölkələr zeytunçuluqla məşğuldur. Yunanlar üzümçülük, zeytunçuluqla yaşayırlar. Üzümdən şərab çəkirlər, zeytundan yağ hazırlayırlar. Bizdə zeytunçuluq unudulub.

Fransızlar da şərabçılıqla məşğuldurlar. Azərbaycanda bu sahələrə diqqət vermək lazımdır. Vaxtilə baramaçılıqda istifadə etdiyimiz tut ağaclarını da kəsdik. Tut ağacları iki cür olur, bar verən və bar verməyən.  Bar gətirməyən tut ağacının yarpağını ipəkqurdu yeyirdi. O ağacları Şəkidə, Zaqatalada kəsdik. Qarabağı da  ermənilər zəbt etdilər. Vaxtilə hətta Bakıda da barama saxlanılırdı və Şəki ipək zavodunda istifadə olunurdu.

Bu gün dəri ən qiymətli məhsullardan biridir. Biz dəriləri yığıb xaricə göndəririk. Niyə biz özümüzə ayaqqabı, paltar tikmirik? Cənab Prezident də deyir ki, “niyə biz ayaqqabını kənardan almalıyıq?”. Biz öz istehsalımızı inkişaf etdirməliyik.

– Aqrar sahəyə aid hazırlanan qanunlarla bağlı vəziyyət nə yerdədir? 

– Hazırda komitədə birinci işimiz budur ki, aprel ayında “Kooperasiya haqqında” qanunu ikinci, üçüncü oxunuşdan keçirib qurtaraq. Çünki bu qanun neçə vaxtdır müzakirədədir. Bu qanun layihəsinin təsdiqlənməsinin vaxtı artıq yetişib. Hökumətin hesabatı ilə üst-üstə düşməsin deyə, biz onu aprel ayı üçün gündəliyə saldıq. Aprel ayında ikinci, üçüncü oxunuşda biz onu qəbul edəcəyik. Parlamentin bütün üzvləri bu qanuna ikiəlli səs verəcəklər.

– Aqrar siyasət komitəsinin üzvlərinin regionlara səfəri nəzərdə tutulurmu? 

– Bizdə Milli Məclisin qanunların icrasına nəzarət səalhiyyəti yoxdur. Bu gün qanunun həyata keçirilməsi icra orqanlarının üzərinə düşüb. Biz Ağcabədidə, Sabirabadda olmuşuq. “Kooperasiya haqqında” qanun qəbul olunmasa da, artıq rayonlarda işlər gedir. Biz də çalışacağıq ki, kömək göstərək. Bu vaxta qədər hansı kooperativlərə kömək lazım olubsa, dəstək vermiik və yenə də hazırıq. Bizim istəyimiz odur ki, kənd təsərrüfatını yüksək səviyyəyə çatdıraq. Demirəm ki, 1-2 ilə Avropa standartlarına çata bilərik. Amma 5-10 ilə buna nail ola bilərik. Məhsuldarlığı və keyfiyyəti yüksəltsək, Avropa bazarlarına rahat çıxa bilsək, böyük uğur olar. Onda camaatın ən böyük məqsədi kənd təsərrüfatını inkişaf etdirmək olacaq.

Məhsuldarıq nə qədər çox olsa, təminat da o qədər yüksək olacaq. Ona görə, söhbət təkcə torpağın çoxluğundan getmir. Qoy torpaqdan məhsuldarlıq çox olsun. Mal-qaramız olsun, süd, ət yüksək səviyyədə  istehsal edilsin.

Son zamanlar yun emalı özbaşına qalıb. Bu sahədə də inkişaf lazımdır…

Xalçaçılığa son zamanlar da çox böyük diqqət yetirilir. O cümlədən Heydər Əliyev Fondunun  rəhbəri,  millət vəkili, hamımızın hörmətlə yanaşdığı Meriban xanım Əliyevanın Azərbaycana gələn qonaqlarla birgə xalçaçılıq muzeylərində, xalça fabriklərində olması, bizim Azərbaycana xas olan xalça növlərinin dünyanın bir çox yerlərinə göstərilməsi, hər bir insanda ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, Azərbaycanda xalçaçılığı inkişaf etdirmək üçün hər bir şərait var. Xalça üçün vacib olan əsas məmulat yun və rənglərdir. Artıq süni yox, təbii rənglərdən istifadə etmək lazımdır. Son zamanlar öz yunumuz kənarda qalıb, xaricdən qu tükü və başqa məhsullar gətirirlər. Amma biz öz yunçuluğumuzu inkişaf etdirməliyik. Bu gün yundan təkcə xalça yox, gödəkçələr, qadın və kişi üçün paltarlar, başqa məhsullar da hazırlanır. Bu da kənd təsərrüfatına aid olan sahələrdəndir.

–  Eldar müəllim, yeri gəlmişkən Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleysının sədrisiniz. Qarşıda hansı işlər dayanır?

Məni Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin ediblər. Bilirsiniz ki, həmin qurumda 3 komitə var. Assambleya ildə iki dəfə öz toplantısını keçirir. Növbəti toplantı iyun ayında Moskvada olacaq. Biz bütün imkanlardan istifadə edib Azərbaycanla bağlı həqiqətləri, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini dünyaya çatdıracağıq.

– Nümayəndə heyətinin üzvlərilə bağlı dəyişiklik var? 

 Musa Quliyev müavin kimi qaldı. Əflatun Amaşov, Çingiz Qənizadə, Jalə Əliyeva isə üvlərdir. Bu quruma 12 üzv dövlət var. Türkiyə, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna, Yunanıstan, Serbiya, Albaniya, Rumıniya,  Bolqarıstan. Çox təəssüflər olsun ki, üzv dövlətlər arasında normal münasibətlər yoxdur, qarşıdurmalar var. Ermənistan da bizlə  düşmən mövqeyindədir.

Azərbaycanın haqq sözünü hər yerdə deyəcəyik. Mən də çalışacağam ki, bütün etimadları doğruldam. Azərbaycan nümayəndə heyəti təşkilatda çox böyük hörmətlə qarşılanır. Mənim keçmiş həmkarım Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında baş katibidir.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın