Ana səhifə / Şou Biznes / “Nişanlımın fotolarını qohumlarım yayıb…”

“Nişanlımın fotolarını qohumlarım yayıb…”

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Talıb Talenin sosial şəbəkələrdə nişan görüntüləri paylaşılıb. Qapalı məclisdən çəkilən fotoların paylaşılması ifaçını narahat etməyə başlayıb və instaqramda video şəklində açıqlama yayıb. 

“Qafqazinfo” xəbər verir ki, Talıb nişan şəkillərini qohumları tərəfindən yayıldığını söyləyib:

“İnstaqramda şəxsi həyatım barədə görüntülərə rast gəldim. Yəqin ki, bu paylaşımları qohumları, yaxınlarım edib. Baxmayaraq ki, heç kəs boynuna almır. Mən dəfələrlə qeyd etmişəm ki, şəxsi həyatımın gündəmə gəlməyini sevmirəm. Amma bunu etdilər. O insanlara ar olsun. Mənim sözümü yerə saldılar. Məsləhət olsaydı özüm paylaşardım. Heç bir sayta şəxsi həyatım barədə açıqlama vermək istəmirəm”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …