Bazar , Oktyabr 2 2022
Ana səhifə / Şou Biznes / Nisə Qasımova imkanlı insanla dostluq etmədən danışdı

Nisə Qasımova imkanlı insanla dostluq etmədən danışdı

“Bu illər ərzində ikiüzlü, riyakar insanlar qarşıma çox çıxıb”.

Bunu Xalq artisti Nisə Qasımova deyib.

O əlavə edib: “Məni çox qınaq atəşinə tutdular, bu zaman divar köməyimə gəldi. Mənə dayaq ola biləcək insanlar var idi, o insanlar məndən qaçdılar. Çünki daha imkanlı, daha nüfuzlu insanla dostluq etmək, mənim kimi təvazökar və sadə insanla dostluq etməkdən yaxşı idi.

Bəlkə də incəsənət sahəsində mənim qədər həssas xanım müğənni yoxdur. Bu həssaslığın yanında çox dözümlü, səbirliyəm. Bəzən deyirəm ki, bəlkə mən poladam, xəbərim yoxdur?!

Heç vaxt zirvədən aşağı baxa bilmədim. Təəssüflər olsun ki, həmişə insanlara bərabər gözlə baxdım. Hamı bilir ki, mən tez-tez küsə, barışa bilərəm. Bu mənəm, xarakterimdir. Bir gün çılğın, bir gün sevincli, bir gün qəmli”. 

Xalq artisti ona qoyulan qadağalardan da danışıb:

“O illərdə “Azərbaycan qızıyam” mahnısını oxuyanda ağ don, başımda da şlyapa var idi. Bunu rejissor çəkmək istəmirdi. Deyirdi ki, “siz Azərbaycan qızıyam” mahnısını oxuyursuz, amma fransızlar kimi geyinmisiz. Bu geyim mənim israrım oldu. Film-konsert çəkilmişdi, ən çox bəyənilən də mənim hissəm oldu”.

Həmçinin oxuyun

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm, xoşum gəlir” – Elgiz

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm. Xoşum gəlir”. Bunu teleaparıcı Elgiz Əkbər həmkarı Ülvira …