Ana səhifə / Şou Biznes / “Nikahımızda soruşan olmadı ki, razısız, ya yox?“

“Nikahımızda soruşan olmadı ki, razısız, ya yox?“

Müğənni Sevda Yahyayeva həkim-genetik həyat yoldaşı Zakir Bayramovla “Zaurla Günaydın” verilişində qonaq olub.

Sərt karantin dövründə nikah masasına əyləşən cütlük qarşılaşdıqları çətinliklərdən danışıblar:

“Pandemiya vaxtında hər yer bağlı idi, heç yerə getmək olmurdu. Bəzi nikahlar Bakıda kiçik idarələrin birində olurdu. Sevda da ağlayırdı. Ona təklif etdim ki, bizim klinikada akt zalı var. Oranı dekorlarla bəzədək, nikahımız orada olsun. Sevda çox pis oldu. Axırda gedib xahiş etdik, çətinliklər oldu, amma o otağı bizim üçün açdılar. Heç soruşan olmadı ki, razısız, ya yox? Nikah kağızını qoydular, qol çəkdik, vəssəlam. Nikah otağında ikimiz və fotoqraf var idi”.

Qeyd edək ki, Sevda Yahyayeva ana olmağa hazırlaşır. Cütlüyün qızı olacaq./Axşam.az  

Həmçinin oxuyun

Xərçəngə tutulan Zeynəb Həsəni: “21 şüa qəbul etdim”

“İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. …