Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu (VİDEO)

Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu (VİDEO)

Ukraynada keçirilən “Qolos Ukrainı” müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.
Modern.az verir ki, V.Nağıyev bu mahnını çoxdan ifa etmək istəyirdi, lakin cəsarət etmirdi.

“Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Mənim fikrimcə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb”, – deyə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …