Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nigar Şabanova evlənib? – “Rəsmi nikahımız yoxdur”

Nigar Şabanova evlənib? – “Rəsmi nikahımız yoxdur”

Əməkdar artis Nigar Şabanova bir müddət öncə koronaya yoluxub. Sənətçi Instaqram hesabında səhhəti haqda zaman-zaman paylaşımlar edir.

Xanəndənin özü ilə əlaqə saxlanılıb, onun son sağlıq durumunun necə olduğunu öyrənilib. N.Şabanova bu sözləri deyib: “Bir gün yaxşı, beş gün pis  oluram. Artıq iyirmi gündür, tam sağala bilmirəm. Anam səhv müalicə nəticəsində insult keçirib, komada yatdı. Hələ ki, yaxşı deyil, yarası sağalmır ki, fizioterapiya olunsun”.

N.Şabanova evlənməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

“Rəsmi nikahımız yoxdur. Dəniz kənarında istirahətdə idik, oranı Mərakeş biliblər. Hələ nişanlıyıq. Korona bitsə, lap yaxşı olarıq”. 

Qeyd edək ki, N.Şabanova hərbçi bəylə nişanlıdır. /Sherg.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …