Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Nigar Camalın görüntülərini sosial media əhli heyrətlə qarşıladı – VİDEO

Nigar Camalın görüntülərini sosial media əhli heyrətlə qarşıladı – VİDEO

Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal yeni paylaşımı ilə gündəmə gəlib.
Sənətçi ölkədə tətbiq edilən iki günlük sərt karantin rejimindən səmərəli istifadə edib.
Belə ki, şou-biznesin məşhur xanım müğənnisi evdə idmanla məşğul olub. Nigarın idman məşqi ilə yanaşı, məharətlə akrobatik hərəkətlər etməsi isə diqqətdən qaçmayıb.
Nigar Camal həmin anların əks olunduğu görüntüləri sosial media hesabında paylaşıb:
“İki gün belə keçdi. Kitablar, kinolar, idman, pəhriz…. Yaşından asılı olmayaraq, qadınlar hər zaman baxımlı olmalıdır. Bəs siz nə edirsiniz?”
Müğənninin bu görüntüləri sosial media əhli tərəfindən maraq və heyrətlə qarşılanıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …