Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Nigar Camal törətdiyi avtomobil qəzasıdan danışdı: “Ağılsız deyiləm ki, qaçım”

Nigar Camal törətdiyi avtomobil qəzasıdan danışdı: “Ağılsız deyiləm ki, qaçım”

Ötən gün müğənni Nigar Camalın avtomobil qəzası törədib, hadisə yerindən qaçdığı haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, iki gün öncə sənətçi idarə etdiyi maşınla “28 May” metrosu yaxınlığında “Toyota Prius” markalı avtomobili vuraraq hadisə yerindən uzaqlaşıb.

Məsələ ilə bağlı müğənninin özü sosial şəbəkədə açıqlama yayıb. Nigar Camal hadisənin baş verdiyini etiraf edib, olaya bu cür aydınlıq gətirib:

“Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirtmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, fikirləşdim ki, əsəbi soyuyanda danışarıq. Qəza baş verən yerdə kameralar var. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkdiyi halda oradan qaçam”.

Sənətçi qeyd edib ki, hazırda yaranmış problemin həlli yolunda işlər aparılır:

“Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu və keçdi. Bunu şişirtməyin mənası yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun”.

Nigar Camal törətdiyi avtomobil qəzasıdan danışdı: “Ağılsız deyiləm ki, qaçım”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …