Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / Nigar Camal onu xoşbəxt edən kişini tapdı – FOTO

Nigar Camal onu xoşbəxt edən kişini tapdı – FOTO

Nigar Camal onu xoşbəxt edən insanı tapıb.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat verib. Onun sözlərinə görə, ruh əkizini tapmaq insan üçün böyük xoşbəxtlikdir.

İnstaqramda “Həyatda əsas odur ki, özün kimi dəlisov birini tapasan… Hətta tarakanlar da ailə ilə dostluq etsin. Xoşbəxtlik şən və ya kədərli olmur. O sadəcə xoşbəxtlikdir” yazan sənətçi avtomobildən şən video paylaşaraq xoşbəxt olduğunu elan edib.

Daha sonra rəfiqəsi ilə şəklini paylaşan müğənni şəkillərdə gözəl düşməyin sirrini açıqlayıb:

“Şəkillərdə gözəl düşmək üçün onun həyatda xoşbəxt olması kifayətdir”.

Həmçinin oxuyun

Məleykə Əsədovanın İsveç sərgüzəştləri – Video

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə İsveçdə dincəlir. İstirahət videolarını sosial şəbəkədə paylaşan aktrisa …