Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Nazpəri Dostəliyeva: “Elə gecələrim olub ki, blokda qalmışam” – Video

Nazpəri Dostəliyeva: “Elə gecələrim olub ki, blokda qalmışam” – Video

Xalq artisti Nazpəri Dostəliyeva sənətə gəldiyi illərdə yaşadığı çətinliklərdən danışıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda “Günün sədası” verilişində söz açıb. O bildirib ki, bir vaxtlar yaşadığı binanın blokunda yatıb:

“Evdə hər şeyi özüm edirdim: yemək bişirir, paltar yuyurdum. Toydan gəlirdim uşaqları yedizdirirdim, məktəbə yola salırdım. Elə günüm olub ki, toydan gecə 2, 3-də gəlmişəm. Uşaqlar yuxudan oyanıb qapını açmayıblar. Mən blokda yatmışam, səhərin açılmasın gözləmişəm. Demişəm, saat zəng çalacaq Əli oyanacaq məktəbə gedəndə qapını açacaq. Övladlarım öz savadı ilə universitetə daxil oldu. Biri Almaniyada, digəri Moskvada bitirdi universiteti”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …