Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nazpəri Dostəliyeva: “Allah oğul itirən anaları bu dərd quyusundan çıxartsın”

Nazpəri Dostəliyeva: “Allah oğul itirən anaları bu dərd quyusundan çıxartsın”

Bir müddət əvvəl oğlunu itirən Xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə paylaşımı ilə hər kəsi kövrəldib.

Xalq artisti öz acısını qeyd edərək, yazıb:

“Ya rəbbim, sənə sığındıq, sənə inandıq. Xeyirlərinə şükür etdik, şərdə sənə sığındıq. Kədərimə boyun əydim, sənnən gələni qəbul etdim. Oğul itirən anaları bu dərd quyusundan çıxar, ya rəbbim. Bizə səbr ver”.

Daha sonra Xalq artisti hər kəsi Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib:

“Müqəddəs Ramazan bayramınızı təbrik edirəm, əziz xalqım.

Mənə görə üzülən, mənə dəstək olan əzizlərim, Allah sizi mənə çox görməsin!”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …