Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Şou Biznes / Nazpəri boşanmasından danışdı: “Amma o tez evləndi“ – Video

Nazpəri boşanmasından danışdı: “Amma o tez evləndi“ – Video

Xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatı ilə diqqət çəkib.

Aparıcı Kazım Sübhanın “Özəl” proqramına qonaq olan ifaçı bu günə qədər səsləndirdiyi bütün mahnılarının şəxsi həyatına aid olduğunu bildirib:

“Mahnılarımın hər birinin maraqlı tarixçəsi var. “Mənin göz yaşımı görməyəcəksən” də bu silsilə mahnılarımdandır. Həyatımda sevincli, kədərli anlarım çox olub. Övladlarımı götürüb evdən çıxdıqdan sonra həyat yoldaşım evləndi. 10 illik ailə həyatı yaşamışdıq, iki övladımın atası olub. Amma o tez evləndi. Mən isə evliliyi ağlımdan belə keçirtmədim. İki oğul böyüdürdüm və yalnız onları düşünürdüm. Mənim bu kədərimi Nüsrət müəllim görürdü. Nə qədər gizlətsəm də, 10 illik ailə həyatımın içimdə göz yaşı var idi. “Mənin göz yaşımı görməyəcəksən” mahnısı da belə yarandı”.

Xatırladaq ki, Nazpəri Dostəliyeva uzun illər əvvəl Nəriman adlı bəylə ailəli olub. Xalq artistinin bu evlilikdən Əli və Əkbər adlı iki oğlu var. Sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. 1980-ci il təvəllüdlü Əli Nərmin adlı xanımla evli olub. Onların Tamerlan adlı bir övladları var. İfaçının bir vaxtlar müğənnilik edən ikinci oğlu Əkbər isə hazırda bank sektorunda çalışır.

https://daytube.az/az/embed/135933

Həmçinin oxuyun

Müğənni Rəhim Rəhimli vəfat edib

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib. Bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında …