Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Nazirlik səfirlik qarşısında doğmağa hazırlaşan qadın barədə açıqlama verib

Nazirlik səfirlik qarşısında doğmağa hazırlaşan qadın barədə açıqlama verib

Etiraz əlaməti olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğacağını bəyan edən 32 yaşlı Rusiya vətəndaşı Yasmina Marinenko ilə bağlı heç bir məlumat yoxdur.

Sputnikə verilən məlumata görə, martın 6-da Azərbaycan KİV-də Marinenkonun müraciəti yayımlanıb. O, videomüraciətdə bildirib ki, hamiləliyinin axırıncı ayına daxil olub və bir aydan sonra doğmalıdır. Lakin onun ailəsinin həkim xidmətləri üçün tələb olunan 700-800 ABŞ dollar vəsaiti yoxdur. Onun sözlərinə görə, ailəsi Rusiyada yaşayıb və ərinin səhhətindəki problemlə əlaqədar olaraq bir il əvvəl Azərbaycana gəliblər. Onun azərbaycanlı əri əvvəllər Rusiyada tikintidə işləyib, amma səhhəti buna imkan vermədiyindən vətənə qayıdıblar. Qadın özü isə dekretdə olduğu üçün işləyə bilməyib. Bir ildən çoxdur ki, Bakıda ərinin ailəsinin yanında yaşayırlar və ailənin maddi vəziyyəti çətindir.
KİV-in məlumatına görə, Marinenko düşdüyü vəziyyətlə bağlı Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyinə müraciət edərək yardım istəyib.

Bununla belə, Rusiyanın azərbaycandakı səfirliyindən sayta bildiriblər ki, onlarda Marinenko ilə bağlı heç bir məlumat yoxdur. Rusiya vətəndaşının videomüraciəti isə bir qədər qəribədir. Çünki orada qadın hansı klinikaya və hansı həkimə müraciət etdikləri barədə heç bir məlumat vermir. Rusiya vətəndaşının şikayətini şərh edən Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur. Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, Nazirliyin qaynar xəttinə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır.
Amma hazırda bütün Azərbaycan mediası Yasmina Marinenkonu axtarır ki, ondan 700-800 dollar tələb edən klinikanın və həkimin adını konkretləşdirsin.

Qeyd etmək lazımdır ki, bu hekayə daha çox təxribata oxşayır. Sayt bu məsələ ilə bağlı Respublikanın Miqrasiya Xidmətinə sorğu ilə müraciət edib. Agentlik Marinenkonu tapmaq və bilmək istəyir ki, Azərbaycanda belə bir adam ümumiyyətlə mövcuddur, ya yox.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın