Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Nazirdən turizm xidməti göstərənlərə xəbərdarlıq

Nazirdən turizm xidməti göstərənlərə xəbərdarlıq

Dövlət Turizm Reyestri turizm xidməti göstərən hər kəs üçün açıq olacaq.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, turizm xidməti göstərən hər kəs bu sistemə daxil olaraq, özü haqqında məlumatları yerləşdirəcək. Mədəniyyət və Turizm Nazirliyi isə müvafiq ictimai qurumlarla birlikdə sistemə informasiyalarını daxil edən şirkət, hotel, yaxud insanların məlumatlarını yoxlayacaq: “Əgər orada nə ünvan, nə də ad varsa, məlumatlarını qeyd edənlə bağlı naməlum vəziyyət yaranırsa, onda biz onları reyestrin əsas siyahısına daxil etməyəcəyik. Biz bütün beynəlxalq tədbirlərə, təhsilin artırılması, xidmətin yüksəldilməsi proqramlarına, təşkilatı məsələlərə reyestrə daxil olacaq şirkətləri cəlb edəcəyik. Ona görə də şirkətlər öz işlərinin peşəkarlığını heç vaxt itirməməlidirlər. Bu, mütləq şərtdir. Çünki biz dövlət olaraq, biznes mühit haqqında, eyni zamanda turistlər haqqında da düşünməliyik”.

Ə.Qarayev qeyd edib ki, Dövlət Turizm Reyestrində hotellərin ulduz dərəcələri barədə də məlumatlar yerləşdiriləcək: “Biz yoxlama apardıqdan sonra müəyyən edəcəyik ki, o, 3, 4,5 ulduzludur, yaxud ulduzsuzdur. Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər. Əgər onun yatmağa yeri varsa, normal qida verirsə, ulduz dərəcəsinə çatmasa belə işləyə bilər. Amma hamı bilməlidir ki, onun ulduz dərəcəsi yoxdur”.

Ə.Qarayev onu da əlavə edib ki, ölkədə sertifikatsız bələdçi olmamalıdır: “Buna görə də turizm şirkətlərinə tövsiyə edirəm ki, birgə işlədikləri bütün bələdçiləri qeydiyyata alsınlar. O adamlar sertifikatlı olmalıdırlar”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın