Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nazir xanımı ilə təqdimatda – FOTOLAR

Nazir xanımı ilə təqdimatda – FOTOLAR

Bu gün Nizami Kino Mərkəzində Gürcüstanın kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş “Robinzon və 9 Cümə” bədii filminin təqdimatı keçirilib.

Təqdimatdan əvvəl mərkəzdə filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı baş tutub.Mətbuat konfransında filmin quruluşçu rejissoru Georgiy Kikaleişvili hər kəsi salamlayıb, Bakını çox bəyəndiklərini bildiriblər.

Bunun ardından filmin təqdimatı baş tutub. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xanımı da iştirak edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə rol aldığı filmin təqdimat mərasiminə qatılmayıb.

Qeyd edək ki, indiyədək Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keti Topuriya, Polad Bülbüloğlu, Manana Caparidze, Bəhram Bağırzadə Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze və başqaları rol alıblar.(“Qafqazinfo”)

Nazir xanımı ilə təqdimatda -  Fotolar
Nazir xanımı ilə təqdimatda -  Fotolar
Nazir xanımı ilə təqdimatda -  Fotolar
Nazir xanımı ilə təqdimatda -  Fotolar
Nazir xanımı ilə təqdimatda -  Fotolar
Nazir xanımı ilə təqdimatda -  Fotolar
Nazir xanımı ilə təqdimatda -  Fotolar

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın