Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Nazir turizm şirkətlərini tənqid etdi: “Elə bilirdilər…”

Nazir turizm şirkətlərini tənqid etdi: “Elə bilirdilər…”

Mən düşünməməliyəm ki, turisti hansı muzeyə aparım, nə vaxt avtobusu gətirim.

Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operatorlar və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə deyib.

Nazirin sözlərinə görə, dövlət turizm şirkətlərinin əvəzinə oturub turizm marşurutu düşünməməlidir: “Mənim marağım Azərbaycanı dünyada bir ölkə kimi təbliğ etməkdir, mənim işim otellərin, turizm şirkətlərinin vəsait qazanması üçün onun şini təbliğ etmək deyil.

Azərbaycan beynəlxalq turizm sərgilərdə iştirak edir. Əvvəllər turizm şirkətlərini dəvət edirdik, onlara pulsuz yer ayırırdıq. Deyirdik, gəlin bizlə bərabər durun və pulnuzu qazanın. Təəssüf ki, onlar bunu düzgün qiymətləndirmədilər. Etiraz edirdilər ki, niyə digər şirkətə yer verildi, bizim şirkətə yox. Elə bilirdilər ki, bunu etmək elə dövlətin işidir. Xeyr, bunu etmək dövlətin işi deyil”.

Nazir qeyd edib ki, gələn ildən turizm sərgilərində turizm şirkətlərinin təbliği pullu olacaq: “Bütün dünyada belədir. Turizm şirkətlərindən soruşurmaq istəyirəm buna hazırsızmı?. Sərgidə iştirak etmək təkcə stendin qarşısında dayanmaqla bitmir. Ora gedən adam müəyyən qədər pul xəricləməlidir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın