Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nazir tıxaca görə rəisi işdən çıxardı

Nazir tıxaca görə rəisi işdən çıxardı

Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Tofiq Quliyev tutduğu vəzifədən azad edilib.

Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, T.Quliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.

Hazırda Nərimanov DYPŞ-nin rəisi vəzifəsinə təyinat yoxdur.

Məlumata görə, Tofiq Quliyevin işdən çıxarılmasına səbəb rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasıdır.

Ona dəfələrlə xəbərdarlıq olunsa da, rəis həmin ərazilərin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətində olduğunu bildirib və heç bir tədbir görməyib. Lakin araşdırma aparıldıqda məlum olub ki, dayanma-durma qaydalarının pozulduğu və sıxlıq yarandığı əraziyə cavabdeh birbaşa Nərimanov DYPŞ-dir. Bu səbəbdən də rəis cəzalandırılaraq işdən azad olunub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın