Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Nazir qaranlıqda qaldı

Nazir qaranlıqda qaldı

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçirilib.

Premyerada böyük ədibin yadigarı – qızı Gülarə Cabbarlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib.

Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib.

Modern.az xəbər verir ki, tamaşanın gedişində gözlənilmədən teatrda işıqlar sönüb. Bu üzdən də qısa fasilə yaranıb. Bir neçə dəqiqəlik fasilədən sonra teatra elektrik enerjisinin bərpası mümkün olub və tamaşa davam etdirilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın