Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Şou Biznes / Nazir müavininə vəzifə verildi

Nazir müavininə vəzifə verildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Bu barədə nazirlik rəsmi məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya Maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin edilib:

“7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir:

Namiq Süleymanov – Nazirliyin aparatının rəhbəri
Xalıq Rəhmanov – Hüquq şöbəsinin müdiri
Mərdan Mərdanov – İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri
Vüqar Məcidli – İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
Lalə Həsənova – Ümumi şöbənin müdiri
Fikrət Şirinov – Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən”.

Apellyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın