Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Nazir müavini: “500-1000 manat maaş alan müəllimlər var”

Nazir müavini: “500-1000 manat maaş alan müəllimlər var”

Bu gün Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Virtualaz.org saytının tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin şöbə rəhbərləri, məktəb direktorları, müəllimlər iştirak edirlər.

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov hesabat çıxışı edib.

C.Bayramov bildirdi ki, Bakı şəhər məktəblərində 9 və 11-ci siniflərin imtahan nəticələri təhlil edilib. 9-cu sinif şagirdləri arasında 56 faiz Azərbaycan dili, 84 faiz isə riyaziyyatdan müsbət qiymət alıb.

11-ci siniflərdə isə 2 faiz Azərbaycan dilindən, 93 faiz riyaziyyatdan, 94 faizisə xarici dildən qiymət alıb.

Bu il 15 nəfər 700 bal toplayıb. Onlardan 7-si idarənin tabeliyində olan məktəbləri bitirib.

Nazir müavini müəllimlərin əməkhaqqı məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda müəllimlər arasında 500-1000 manat və daha artıq məvacib alanların sayı çoxdur.

C.Bayramovun sözlərinə görə, nazirlik məktəbə hazırlıq qruplarının yaradılması istiqamətində tədbirlər görür. Bu il 87 məktəbdə 30006 uşaq kurs keçib.

İlboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın