Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Nazir hakimi vəzifədən çıxardı – Digərlərini də cəzalandırdı

Nazir hakimi vəzifədən çıxardı – Digərlərini də cəzalandırdı

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Azinforum.az xəbər verir ki, iclasda şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.

Toplantıda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib.

Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın