Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nazir generalı təqaüdə göndərdi

Nazir generalı təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov yaş həddinə görə təqaüdə göndərilib.

APA-nın məlumatına görə, C. Məmmədov bu vəzifəyə 2001-ci ilin iyun ayından təyin olunub.

C. Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunmasında, habelə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə uğurlu nəticələrə və müsbət göstəricilərə, həmçinin uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə ölkə və DİN rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

Məlumatı DİN-dən APA-ya təsdiqləyiblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın