Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nazir 5 rəisi işdən qovdu, 2 rəisi təqaüdə göndərdi – Rəsmi

Nazir 5 rəisi işdən qovdu, 2 rəisi təqaüdə göndərdi – Rəsmi

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Strateq.az xəbər verir ki, İclasda kollegiya üzvləri, nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Rayon Baytarlıq İdarələrlərinin rəisləri, alimlər və Zona Baytarlıq Laboratoriyalarının mütəxəssisləri iştirak ediblər.

Kollegiyanı giriş sözü ilə açan nazir Heydər Əsədov deyib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin etməklə öz səlahiyyətləri daxilində heyvan mənşəli məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması və satışına baytarlıq sanitariya nəzarətini həyata keçirir.

Müzakirələrdən sonra kollegiyaya yekun vuran nazir Heydər Əsədov bu sahədə movcud nöqsanlardan danışmış, bu sahədə ciddi dönüş yaratmaq məqsədilə aşağıdakı tapşırıq və tövsiyələrini verib.

Daha sonra isə kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad olunub, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın