Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nazim Məmmədovun klinikası bağlanır?

Nazim Məmmədovun klinikası bağlanır?

Sabiq deputat Nazim Məmmədovun kredit borcu rəhbərlik etdiyi “Loğmed” klinikasının işinə problem yaradıb. Musavat.com-un əldə etdiyi məlumata görə, bankın problemli kreditlər şöbəsinin 10-a yaxın əməkdaşı klinikaya gəlib və qapıları bağlayıb. 
Bank əməkdaşları borcun faizlərlə birlikdə dərhal ödənilməsini tələb edib. Sabiq deputatın qayınatası professor Rüfət Rüstəmov da klinikaya gəlib. O, bank əməkdaşları və bankın rəhbərliyi ilə danışıqlar aparıb, bir neçə günlük möhlət ala bilib.
Bundan sonra Nazim Məmmədov iki avtomobilindən birini satıb, “Loğmed” klinikasını isə satışa çıxarıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, sabiq deputatın banka 200 min manat kredit borcu var.
Nazim Məmmədov musavat.com-a açıqlamasında klinikasının bağlanması xəbərinin həqiqəti əks etdirmədiyini dedi. Onun sözlərinə görə, bu cür xəbərlər ona qarşı aparılan əks kampaniyadır.
 

Sabiq deputat hazırda Moskvada olduğunu, klinikasının isə işlədiyini bildirdi: “Moskvaya dünən gəlmişəm. Klinika həmişə olduğu kimi işləyir. Heç bir kredit borcum yoxdur. Bunları sizdən eşidirəm”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın