Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Nazim Məmmədov iki kəndin sakinləri ilə görüşdü

Nazim Məmmədov iki kəndin sakinləri ilə görüşdü

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Nazim Məmmədov dünən Gədəbəyin Arabaçı, bu gün isə Novosaratovka kəndlərində görüş keçirib.

Namizədin Seçki Qərərgahından Azinforum.az -a verilən məlumata görə, seçicilərlə söhbətdə iqtisadçı-alim Nazim Məmmədov cənab prezidentin son günlərdə iqtisadi sahə ilə bağlı imzaladığı fərman və sərəncamların iqtisadi inkişafa necə təsir edəcəyini də izah edib. O, vətəndaşları korrupsiyaya rüşvətxorluğa qarşı mübarizədə aktiv olmağa səsləyib. Novosaratovka kəndində görüşdə sakinlər 2005-2010- cu illərdə fəaliyyət göstərmiş deputat otağının bərpasını da xahiş ediblər.

Rus icmasının nümayəndəsi Nikolay Bıçkov da icma adından Nazim Məmmədovu dəstəkləyəcəklərini söyləyib, namizədə deputat seçildikdən sonra 2005-2010 cu illərdəki kimi fəaliyyət göstərməyi xahiş edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın