Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Nazilə: “Həyat yoldaşımın maaşı az idi deyə, gəlinlərin qaşını almağa başladım” – VİDEO

Nazilə: “Həyat yoldaşımın maaşı az idi deyə, gəlinlərin qaşını almağa başladım” – VİDEO

“Maşın” realiti-şousunda iştirakçılar arasında sorğu keçirilib. Onlara oyunun yayıma başladığı 15 il əvvəl harda olduqları və nə etdikləri soruşulub.
İştirakçılar cavab verərkən kövrək anlar yaşayıblar.

“Televizorda müğənnilərə baxırdım və səhnənin xəyalını qururdum. Çox əziyyətlə gəlmişəm bu günlərə” deyən, Mina Hüseyn göz yaşlarını saxlaya bilməyib.

Xəyalə Quliyeva isə 15 il əvvəl “Çəkiram haa” verilişini hazırladığını söyləyib.

Allahverdi Yolçuyev isə ilk nəvəsinin dünyaya gəldiyini deyib: “Ən sevindiyim il olub. 15 il əvvəl ilk nəvəm dünyaya gəlib”.Nazilə Səfərli də keçmişindən danışanda ağlayıb: “Həyat yoldaşımın maaşının azlığı işə başlamağa vadar etdi. Qonşudakı gəlinlərin “bir şirvan”a qaşlarını alırdım. Onunla uşaqlarımızı böyüdürdük”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …