Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Şou Biznes / Nazilə: “Aşıq Zülfiyyəyə “Instagram”da səhifə açdım, oğlu sildi”

Nazilə: “Aşıq Zülfiyyəyə “Instagram”da səhifə açdım, oğlu sildi”

Şairə və qiraətçi Nazilə Səfərlinin aşıq Zülfiyyə İbadova üçün “Instagram” sosial şəbəkə platformasında açdığı səhifə bağlanıb. 

Bu haqda Nazilə qonaq olduğu “Zaurla Günaydın” verilişində məlumat verib. 

Səfərli bildirib ki, Zülfiyyənin səhifəsini müğənni oğlu Babək bağlayıb: 

“Bir gün gecə sabaha qədər yatmadım, Zülfiyyə üçün “Instagram”da səhifə açdım. Bir gecəyə 1400 nəfər izləyici sayı gəldi. Səhər durub görürəm ki, bu xeyirsiz (Zülfiyyənin oğlu Babəki nəzərdə tutur) səhifəni bağlayıb. Niyə etdin axı?” Babək bu addımını qısaca belə nəql edib: 
“Anamın “Instagram”a girməyə vaxtı yoxdur. Onun o vaxtı deyil axı…” 

Z.İbadova isə bu məsələyə “Babək gəlib dedi ki, ana telefonunu mənə ver. Sual verdi ki, sən özünə “Instagram” səhifəsi açmısan? Mən də sevindim ki, Babək də mənə abuna olub. Dedi ki, çox nahaq, səhifənin şifrəsini ver mənə. Mən də dedim ki, vermirəm. Nəvəm Renat söylədi ki, “Ay ata mən şifrəni bilirəm, gətir ver mənə. Allaha and olsun, bir dəqiqə içində səhifəmi sildilər.

Nazilə xanım isə məni az qala öldürürdü” deyə fikrini bildirib. 

Nazilə Zülfiyyəyə “Instagram”da səhifə açmasını ora çox sayda gələn toy, məclis və reklam əməkdaşlığı təklifləri ilə əlaqələndirib. 

Həmçinin oxuyun

Müğənnilərin yarım saatlıq toy qiymətləri – SİYAHI

Azərbaycanda müğənnilərin toy qiymətləri hər zaman müzakirə mövzusu olub. Son günlər də sosial şəbəkələrdə bu …