Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Nazənin gəlinini məhkəməyə verdi – Nikahdan kənar uşaq qalmaqalı

Nazənin gəlinini məhkəməyə verdi – Nikahdan kənar uşaq qalmaqalı

Müğənni Nazənin Salayeva ilə oğlu Fəxrinin həyat yoldaşı arasındakı qalmaqal bir az da böyüyüb. 
Müğənninin gəlini Nazənini qeyri-qanuni uşaq dünyaya gətirməkdə ittiham edib.
Bu barədə AzNews.az-a danışan Nazənin bildirib ki, o, 16 il bir yerdə yaşadığı kişidən uşaq dünyaya gətirib: “16 il yaşamışıq. Ondan sonra qərar verdik ki, uşağımız olsun. Onunla rəsmi nikaha isə uşaq dünyaya gəlməmişdən əvvəl girmişəm. Onun kimi bir dəfə tanıdığım kişidən dünyaya uşaq gətirməmişəm. O, özünü necə mənimlə bir tutur? Haranın zibilidir ki, mənim adımı ağzına alıb danışır?”
Nazənin onu da əlavə edib ki, bu gün oğlunun həyat yoldaşını və onun arxasında dayananları məhkəməyə verib.
Xatırladaq ki, müğənni Nazəninin gəlini qayınanasını nikahdankənar uşaq dünyaya gətirməkdə ittiham edib: “Nazənin 03.08.2012-ci ildə nikaha daxil olub. Kiçik oğlu Orxan isə 14.09.2012-ci ildə doğulub. Adını özü desin uşağının. Qızıma dedikləri ad onlara daha çox yaraşar”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın