Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Naxçıvanın sabiq MTN şefi qanunsuz dinləmədə ittiham olunur

Naxçıvanın sabiq MTN şefi qanunsuz dinləmədə ittiham olunur

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova qarşı yeni ittiham irəli sürülüb.

Bu haqda “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev bildirib.

Onun sözlərinə görə, V.Əsgərovla mayın 24-də görüşüb. “Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə – 302.2 maddəsi ilə də ittiham elan olundu.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın