Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova qarşı yeni ittiham irəli sürülüb.
Bu haqda “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev bildirib.
Onun sözlərinə görə, V.Əsgərovla mayın 24-də görüşüb. “Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə – 302.2 maddəsi ilə də ittiham elan olundu.