Ana səhifə / Şou Biznes / Naxçıvanda YAP-ın 23-cü ildönümü münasibətilə iməciliklər keçirilib

Naxçıvanda YAP-ın 23-cü ildönümü münasibətilə iməciliklər keçirilib

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə böyük yol keçib, ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilib. Partiyanın cəmiyyətdəki mövqeyi ilbəil möhkəmlənir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində mümkün olub. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş iməciliklər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarındakı püstə bağında keçirilən iməcilikdə iştirak ediblər.

Ötən iməciliklər zamanı 50 hektar ərazi əkinəyararlı hala salınıb, bu günə qədər 20 minə yaxın püstə tingi əkilib. İməcilik iştirakçıları ərazidə əkin işlərini davam etdiriblər. Püstə bağının ətrafındakı qoruyucu yaşıllıq zolağına da qulluq göstərilib, müvafiq aqrotexniki tədbirlər və səliqə-sahman işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, püstə bağında yeni tinglər əkib.

Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 19 min 400 ədəd ağac və 5 mindən çox bəzək kolları əkilib. Hafta.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın