Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Naxçıvanda saxlanılan erməni geri qaytarıldı

Naxçıvanda saxlanılan erməni geri qaytarıldı

Avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.

Bu barədə Azinforum.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir.

Məlumata görə, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın