Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Naxçıvanda olan FİDE prezidenti Vasif Talıbovla şahmat oynayıb – FOTO

Naxçıvanda olan FİDE prezidenti Vasif Talıbovla şahmat oynayıb – FOTO

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Naxçıvanda səfərdə olub.

“Report”un məlumatına görə, rusiyalı qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov  və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra K.İlümjinov mərhum prezidentin adını daşıyan muzeyi ziyarət edib. Daha sonra FİDE prezidenti V.Talıbov və A.Rəhimovla birgə “Naxçıvan Open” beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb. Qonaq turnirin qalibi Eltac Səfərlini, eləcə də Naxçıvan tarixində ilk beynəlxalq qrossmeyster və beynəlxalq hakim adını alanları təbrik edib. Tədbir zamanı K.İlümjinov V.Talıbovla şahmat da oynayıb.

talibov.jpg

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın