Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Naxçıvanda 407 məktəbliyə pulsuz qış geyim dəstləri təqdim olunub

Naxçıvanda 407 məktəbliyə pulsuz qış geyim dəstləri təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilib.

Proqrama uğun olaraq tədrisə cəlb edilmiş aztəminatlı, sağlamlıq imkanları məhdud uşaqların məktəbli geyimi və ləvazimatları ilə təmin edilməsi diqqət mərkəzindədir.

Azinforum.az Naxcivantv.az-a istinadən xəbər verir ki, 15 sentyabr- Bilik Günü münasibətilə bu kateqoriyadan olan uşaqlara məktəbli geyimi və ləvazimatları təqdim olunmuşdu. Bu dəfə isə  məktəblilər qış geyim dəstləri  ilə də təmin olunublar.

Naxçıvan şəhərində və rayonlarda bu münasibətlə keçirilən tədbirlərdə Təhsil naziri Məmməd Qəribov, Əmək və Əhalinin Sosial  Müdafiəsi naziri Cavid Səfərov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova  çıxış edərək muxtar respublikada  xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilə cəlbi məqsədilə yaradılan şəraitdən bəhs ediblər.

Naxçıvan şəhərində və rayonlarda keçirilən tədbirlərdə ümumilikdə sosial müdafiəyə ehtiyacı olan 407 məktəbliyə pulsuz olaraq qış geyim dəstləri təqdim olunub. Distant tədrisə cəlb olunan  sağlamlıq imkanları məhdud 24 uşağa  qış geyim dəstləri evlərində verilib.

Tədbirdə iştirak edən  sağlamlıq imkanları məhdud uşaqların  valideynləri göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın