Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Natiq Cəfərli türmədən həyat yoldaşına şeir yazdı – FOTO

Natiq Cəfərli türmədən həyat yoldaşına şeir yazdı – FOTO

Avqustun 12-də saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilən Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli türmədən həyat yoldaşına şeir yazıb. Bu barədə həyat yoldaşı Leyla Cəfərli facebook səhifəsində status yazıb. Musavat.com xəbər verir ki,  L.Cəfərli şeiri bu sözlərlə paylaşıb: “Natiq bu gün mənə göndərmiş. Çox darıxır dedi vəkili. Hələ görüş imkanımız olmayıb. Tək yemək sovqatı göndərə bilirik”. N.Cəfərlinin şeiri bir bənddən ibarətdir və aşağıdakı kimidir:
 
Barmaqlıqlar arasında tək görünən bəyaz aydır
Ona baxıb danışıram, sən də danış sevgilim
Aydan səni soruşuram, 
Sən də soruş sevgilim….
Musavat.com xatırladır ki, bu günə qədər məhbəs həyatı yaşayan bir çox tanınmış siyasətçilər, aktivlər sentimental ruhda şeirlər yazıblar. Onların əksəriyyəti ictimailəşsə də, bəziləri şəxsi arxivlərində qalıb.
Xatırladaq ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın