Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Natavanla Dado yenə barışdı – Neçə günlük?

Natavanla Dado yenə barışdı – Neçə günlük?

Müğənni Natavan Həbibi ilə repçi həyat yoldaşı Dado ilə küsülülüyə son qoyub. “Qafqazinfo” xəbər verir  ki, barışıq fotosunu rep ifaçısı instaqram səhifəsində paylaşıb.

Dado sənətçi ilə qucaqlaşdığı şəklə “Bayramın mübarək, Nat” şərhini yazıb. Reper paylaşıma xanımın instaqram hesabındakı adını da işarələyib.

Həmin fotoya hər kəs təbrik rəyləri yazıb.  Onlar arasında şou-biznes üzvlərindən, həmçinin N. Həbibinin dostları Niyam Salami, Xatirə İslam da var.

Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra barışdıqları barədə aparıcı Zaur Kamal video paylaşmışdı.

Daha sonra fevralın əvvəlində ATV kanalında yayımlanan  “Zaurla Günaydın” verilişində əriylə birdəfəlik ayrıldığını demişdi.

Xatırladaq ki, Natavanla Dadonun qəfil evliliyi sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olurdu. İzləyicilər onları saxta toy etməkdə ittiham edirdilər. Cütlüyün tez-tez ayrılıb barışması və bunu sosial şəbəkələrdə elan etmələri oyunun bir parçası hesab ediilir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …