Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Natavan Həbibi ərindən ayrıldı

Natavan Həbibi ərindən ayrıldı

Aylar öncə ayrılan, daha sonra barışan müğənni Natavan Həbibi ilə reper Dado  münasibətlərinə birdəfəlik son qoyub.

Bu barədə sənətçinin özü ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinə qonaq olarkən məlumat verib.

İfaçı hələ də anasıgildə qaldığını, problemlərdən uzaq gəzdiyini bildirib:

“Mən indi toy şəkillərinə baxa bilmirəm. Bu məndən asılı deyil. Toya çəkdiyim xərcə görə heyfslənmirəm. Hər şey ürəyim istəyən kimi oldu. Toyumda çox xoşbəxt idim. Elə bilirsiz sevgi stressi yaşayıram. Burada başqa şeylər var, problemləri aşdım. Səid (Dado) özü açıqlama verib. Eşitdim ki, o, İnstagramda canlı yayımda danışıb. Söyləyib ki, mövzu bağlandı, hər şeyi bitirdik. Bu barədə çox danışmaq istəmirəm, ətim töküldü”.

Qeyd edək ki, cütlük ötən ilin iyun ayında ailə həyatı qurmuşdu.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …