Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Şou Biznes / Nataşa Korolyova azərbaycanlı təşkilatçılardan gileylidir

Nataşa Korolyova azərbaycanlı təşkilatçılardan gileylidir

Rusiyanın əməkdar artisti Nataşa Korolyova Bakıda solo-konsert vermək arzusundadır, amma təşkilatçılardan təklif almadığından gileylidir.

Sputnik Azərbaycan-a müsahibəsində Korolyova etiraf edib ki, artıq on ildən çoxdur ki, Bakıya gəlmir, buna görə də çox darıxıb. 

“Bakı – mənim sevgimdir. Burada konsertlərlə çox çıxış etmişəm, sonra fasilə yarandı, çox böyük fasilə. Məni daha dəvət etmədilər. Sizin təşkilatçılar mənimlə əlaqə qurmadılar. Mənə elə gəlir ki, bu, ədalətsizlikdir. İndi mənim çox gözəl “Yaqodka” (“Giləmeyvə” – red.) adlı yubiley proqramım var, mən onunla bütün dünyada çıxış edirəm. Ümid edirəm ki, onu Bakıya da gətirəcəyəm”, – Korolyova deyib.

Müğənni ilk dəfədir ki, Bakıya həyat yoldaşı Tarzansız gəlir, amma növbəti səfərində bütün ailəsi ilə gələcəyinə söz verib.

“Jara-2019” festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən “Lübe” qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.

1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib. 

Konsertdə “Na-na”, “Ruki vverx!” qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.

Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Zolotoy qrammofon” mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər. 

Həmçinin oxuyun

Nazənin izləyicisini polisə verir

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Qafqazinfo” xəbər verir ki, …