Ana səhifə / Şou Biznes / “Narhauz” kafesində şıdırğı qumar – FOTO

“Narhauz” kafesində şıdırğı qumar – FOTO

Bakının 3-cü mikrorayon ərazisində şıdırğı qumar gedir. Ölkədə qumarın rəsmən qadağasına baxmayaraq, qanunsuz yolla gizli şəkildə qumarxanalar işlədənlərin sayı artır. TİA.AZ xəbər verir ki, sözügedən ərazidəki “Narhauz” kafesində qumar oyunları gedir. Bu qanunsuzluq açıq şəkildə davam etdirilir.

Həmin kafe “Xəzər” ticarət evinin yanında yerləşir. Hətta bu məntəqəni işlədən sahibkar qabaqcadan təbliğata başlayıb və şəhərin müxtəlif ərazilərində loto oyununa dəvət üçün çağırış elanları paylayıb. Hüquq-mühafizə orqanları mütəmadi olaraq qumarxanalarda reydlər keçirir və belə obyektləri aşkarlayırlar.

“Narhauz” kafesində şıdırğı qumar

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın