Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Nardaranda idman bazasının yerində villa tikirlər – FOTO

Nardaranda idman bazasının yerində villa tikirlər – FOTO

Azərbaycanda unikal idman bazasının yerində villa tikilir. 
Bu barədə Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvü Teymur Maksudov, jurnalist, UEFA-nın ölkəmizdəki media nümayəndəsi ictimaiyyətə müraciətində bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində və onun ətrafında yerləşən yeganə təbii qayalıqlar Nardaran qəsəbəsi ərazisindədir:
Məhz bu ərazidən idman həvəskarları baza kimi yararlanırmışlar. Amma kimlərsə tərəfindən həmin ərazi işğal olunub və orda fərdi yaşayış evinin inşasına başlanılıb.
Qəribəsi odur ki, nə yerli bələdiyyənin əməkdaşları, nə də əraziyə nəzarət edən polis tikintinin sahibini tanımır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu faktla bağlı akt tərtib edib ki, bu tikinti qanunsuz həyata keçirilir.
Akta bələdiyyə sədrinin müavini qol çəksə də, Sabunçu rayon icra hakimiyyətinin Nardaran üzrə nümayəndəsi həmin prosesdən vaz keçib və əraziyə baxış keçirməkdən imtina edib. Hazırda da o ərazidə tikinti işləri davam etdirilir.
Biz məsələ ilə bağlı müvafiq qurumlara müraciət etməyə hazırlaşırlar ki, gələcək oxşaq hallarla rastlaşmayaq.”
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bilidirilib ki, hələ sovetlər dönəmindən etibarən Nardaran qəsəbəsi ərazisində yerləşən qaya massivində baza kimi istifadə olunan məkanda qayaya dırmanma, draytuling yarışları və təlim məşq toplanışları keçirilirdi.
Lakin bu məkan heç bir idman növünün istifadəsi üçün hüquqi status daşımayıb:
“Ərazi Sabunçu rayon icra hakimiyyətinə aiddir və onların səlahiyyəti çərçivəsində həll etmək hüququna malikdir. Bu məsələ nazirliyin səlahiyyətlərinə aid deyil”.
Qeyd edək ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti əlaqə qurmaq mümkün olmayıb. Qarşı tərəfin nümayəndəsinin fikrini işıqlandırmağa hazırıq.(oxu.az)

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın