Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nardaranda hərəkət məhdudlaşdırılır

Nardaranda hərəkət məhdudlaşdırılır

Sabunçu rayonunun Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni su-kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq 5 mart 2016-cı il tarixindən Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq. İşlər 3 gün müddətində davam edəcək.

Virtualaz.org “Azəryolservis” ASC-yə istinadən bildirir ki, işlərin aparılacağı müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni qazıntı işləri bir hərəkət istiqaməti üzrə aparılıb yekunlaşdırıldıqdan sonra, digər hərəkət istiqaməti üzrə davam etdiriləcək. Bu zaman işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılacaq və əks istiqamət üzrə hər iki tərəfə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunacaq.

Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın