Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Nardarana işıq nə vaxt veriləcək? – “Azərişıq”dan xəbərdarlıq

Nardarana işıq nə vaxt veriləcək? – “Azərişıq”dan xəbərdarlıq

Xəbər verdiyimiz kimi, ötən gün Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev AzVision.az-a açıqlamasında bildirib ki, Nardaranda elektrik enerjisinin verilişinin nə zaman bərpa olunacağı bəlli deyil.
Qurum rəsmisi bəyan edib ki, abonentlər borclarını ödəməsələr elektrik enerjisinin verilişi bərpa olunmayacaq.
`Noyabr ayının 20-də bütün abonentlərə müraciət etmişdik. Bildirmişdik ki, elektrik enerjisinə görə borclu abonentlərin işığı kəsiləcək. Kim borcunu ödəmirsə, onlara elektrik enerjisinin verilişi bərpa olunmayacaq. Kim borcunu ödəyirsə, onun da işığı veriləcək”,-deyə T.Mustafayev qeyd edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın