Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Nardaran işi ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Nardaran işi ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib.

Azinforum.az xəbər verir ki, Lent.az-a bu barədə vəkilin özü məlumat verib.

F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfi iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirillər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.

Qeyd edək ki, Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın